...

Teleradio Şurasının sədri Azərbaycanda fəaliyyət göstərən regional telekanalların rəhbərləri ilə görüşüb

Cəmiyyət Materials 1 Noyabr 2006 13:29 (UTC +04:00)

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda fəaliyyət göstərən regional televiziya kanallarının rəhbərləri ilə görüş keçirib. Bu barədə Trend ə Teleradio Şurasından məlumat verilib.

Qeyd edək ki, Azərbaycanda 9 regional telekanal fəaliyyət göstərir. Teleradio Şurası sədrinin telekanal rəhbərləri ilə görüşünün məqsədi yerli telekanalların vəziyyəti ilə yaxından tanış olmaq, onların fəaliyyətinə dair müvafiq tapşırıq və tövsiyələr vermək idi. Teleradio Şurasının sədri telekanalların qanunlara uyğun fəaliyyət göstərlməsi, qanun pozuntularına yol veriləcəyi halda hansı tədbirlərin görüləcəyi barədə məlumatlandırıb. Onları qanunların pozulacağı təqdirdə telekanalın fəaliyyətinə xitam veriləcəyinə dair xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti