...

Noyabrda Uşaq Parlamentinə seçkilər keçiriləcək

Cəmiyyət Materials 2 Noyabr 2006 14:16 (UTC +04:00)

2006-cı ilin noyabrında fəaliyyət başlayacaq Uşaq Parlamenti layihəsi üzrə keçirilən təlimlər başa çatdıqdan sonra parlamentə seçkilər keçiriləcək. Bu barədə Trend ə adıçəkilən layihənin koordinatoru Səbinə Abbasova bildirib.

S.Abbasova qeyd edib ki, təlimlər yalnız Bakıda məskunlaşan iki qaçqın - Laçın və Xocavənd rayonlarında keçirilməyib. Təlimlər noyabrın 3-də Laçın rayonunda, gələn həftə isə Xocavənd rayonunda keçiriləcək. Koordinator onu da vurğulayıb ki, respublikada keçirilən təlimlərdə uşaqların intellektual səviyyəsinin yüksək olması bir daha üzə çıxıb. Uşaqların hadisələri təhlil edib, düzgün qiymət vermək bacarığı xüsusilə nəzərə çarpıb. Bu vaxtadək 83 rayonda belə təimlər həyata keçirilib. Təlimlərə sentyabrın 15-dən başlanılıb.

Layihəyə əsasən seçkilər zamanı uşaqlar tərəfindən "exit-pol"lar təşkil olunacaq, seçki komissiyaları formalaşdırılacaq, seçkiləri müşahidə etmək üçün nümayəndələr ayrılacaq. Jurnalistlərə də seçkiləri müşahidə etmək imkanı yaradılacaq. Uşaq parlamentinin spikeri seçiləcək, müvafiq komissiyaları təşkil olunacaq.

Onu da bildirək ki, Uşaq Parlamentinin yaradılması üzrə layihənin rəhbəri 2000-ci ildə yaradılan "Lider qadınlar" İctimai Birliyin sədri, millət vəkili Məlahət Həsənovadır.

Xəbər lenti

Xəbər lenti