...

AFFA prezidenti gənclərdən ibarət yığmanı Avropa birinciliyinin ikinci qrup mərhələsinə keçməsi münasibətilə təbrik etdi

Cəmiyyət Materials 7 Noyabr 2006 19:38 (UTC +04:00)

AFFA -nın prezidenti Ramiz Mirzəyev Azərbaycanın gənclərdən ibarət yığmasını Avropa birinciliyi uğrundakı yarışda ikinci qrup mərhələsinə keçməsi münasibəti ilə təbrik edib.

Trend in məlumat verdiyi kimi, assosiasiya rəhbəri komanda və onun məşqçiləri ilə görüşərək onlara müxtəlif qiymətli hədiyyələr təqdim edib. Xüsusilə də kollektiv Kiprdə keçirilən qrup mərhələsi çərçivəsində ermənilər üzərində 2:1 hesabı ilə qələbə çalıb, daha sonra ev yiyəsi ilə heç-heçə oynayaraq özü üçün qrupda ikinci yeri təmin edib. Görüş zamanı R.Mirzəyev qeyd edib ki, komandanın uğuru respublikada futbolun inkişafını, həm də yaxın gələcəkdə baş yığmaya kömək edə biləcək yaxşı ehtiyat yaranacağını sübut edir.

Qeyd etmək lazımdır ki, Kiprdəki oyunlarda kollektivin ən yaxşı bombardiri iki qolla fərqlənən Nizami Hacıyev olub.

Xəbər lenti

Xəbər lenti