...

Azərbaycanın Ekologiya Nazirliyi ölkə bölgələrində ətraf mühitin mühafizəsi sahəsində vəziyyəti qiymətləndirib

Cəmiyyət Materials 7 Noyabr 2006 20:58 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdaş və Kəlbəcərdə inzibati cəza mexanizminin tətbiqi işinin təkmilləşdirilməsi üzrə iş aparır. Trend in nazirliyə istinadən xəbər verdiyi kimi, aparılmış reydlər zamanı ətraf mühitin mühafizəsinin pozulması ilə əlaqədar 12 akt və 7 protokol tərtib edilib, 7 fiziki və vəzifəli şəxs ümümilikdə 159 manat 50 qəpik cərimə olunub. Bu məbləğin 77 manatı ödənilib, 5 iş üzrə ödənilməmiş qalan 82 manat 50 qəpik məbləğində cərimə sənədləri məhkəmə icraatına göndərilib.

Bundan başqa atmosfer havasının mühafizəsi üzrə "İcbari Ekoloji Sığorta" haqqında qanunun tələblərini pozduğuna görə "Hacıağa" firmasına məxsus yanacaqdoldurma məntəqəsinin baş operatoru 55 manat, "Heyvanat aləminin mühafizəsi" haqqında qanunun tələblərini pozduğuna görə, yəni qanunsuz ov etdiyinə görə Yevlax rayon sakini 22 manat məbləğində cərimə edilib.

İndiyədək müəssisə və təşkilatlara 21 adda ümumi məbləği 704 manat olan ödəmə verilib və əvvəlki aylardan qalmış ödəmələrlə birlikdə 823 manat, o cümlədən su ehtiyatları üzrə 231 manat, atmosfer havası üzrə 50 manat, torpaq ayırması üzrə 204 manat, tullantılar üzrə 388 manat vəsait Təbiəti Mühafizə Ehtiyat Fonduna köçürülüb.

Ümumiyyətlə, 2006-cı ilin oktyabr ayında Təbiəti Mühafizə Ehtiyat Fonduna 1354 manat vəsait ödənilib.

Xəbər lenti

Xəbər lenti