Azərbaycan BMT-nin insan inkişafı indeksi-2006 üzrə yeni hesabatında 99-cu yeri tutub. Trend in xəbər verdiyi kimi, bu barədə BMT saytı xəbər verir. Ötən ilki hesabatla müqayisədə bu hesabatda (indeks 0,736) Azərbaycan iki pillə yüksəlib.
Reytinq 3 kateqoriyaya bölünüb. 1-dən 63-dək yerləri insan inkişafının yüksək, 64-dən 146-dək yerləri orta, daha sonra isə aşağı olduğu ölkələr tutur. Reytinqdə birinci yeri (indeks 0,965) Norveç tutur. Daha sonra İslandiya, Avstraliya, İrlandiya və İsveç gəlir. İlk onluğa Kanada, Yaponiya, ABŞ, İsveçrə və Hollandiya da daxildir. Müsəlman ölkələri arasında ən yüksək mövqedə Küveyt (33 mesto), Bruney Dərüssəlam (34) , Bəhreyn (39), Qətər (46), BƏƏ (49) qərarlaşıb.
Oman - 56, Malayziya - 61, Liviya - 64, Səudiyyə Ərəbistanı - 76, Türkiyə - 92, İran - 96, Fələstin - 100-cü yerdə gəlir. Keçmiş sovet ölkələrindən ən yüksək yeri Estoniya (40), Litva (41), Latviya (45), Rusiya (65), Belarus (67), Ukrayna (77) tutur. Qazaxıstan 79, Ermənistan - 80, Gürcüstan - 97, Türkmənistan - 105, Qırğızıstan - 110, Özbəkistan - 113, Moldova - 114, Tacikistan - 122-ci mövqedə qərarlaşıb.
Siyahıda sonuncu yerləri Niger (177-ci yer və indeks 0,311), Syerra Leone (176), Mali (175) tutur.