...

Noyabrın 10-da Heydər Əliyev adına Sarayda bəstəkar Vüqar Camalzadənin yaradıcılıq gecəsi keçiriləcək

Cəmiyyət Materials 10 Noyabr 2006 10:10 (UTC +04:00)
Noyabrın 10-da Heydər Əliyev adına Sarayda bəstəkar Vüqar Camalzadənin yaradıcılıq gecəsi keçiriləcək

Noyabrın 10-da Heydər Əliyev adına Sarayda bəstəkar Vüqar Camalzadənin yaradıcılıq gecəsi keçiriləcək. Bu barədə Trend ə Vüqar Camalzadə özü məlumat verib.

O bildirib ki, bəstəkarlıq fəaliyyəti dövründə ilk dəfə hesabat konserti verəcək. Yaradıcılıq gecəsində V.Camalzadənin bəstələdiyi mahnılar ifa olunacaq, onun filmlər üçün yazdığı musiqilər səslənəcək, həmçinin bu filmlərdən kadrlar nümayiş etdiriləcək. Gecənin qonaqları estrada ulduzları Faiq Ağayev, Röya, Lalə Məmmədova, İradə İbrahimova, Zülfiyyə Xanbabayeva, Rəşad İlyasov, Elnur, Elnarə, "Yeni ulduz" yarışmasının iştiakçıları, şoumenlər və başqa müğənnilər olacaq.

Sənətçilər V.Camalzadənin mahnılarını ifa edəcəklər. Bəstəkarın ünvanına təbriklər səslənəcək, çıxışlar ediləcək. Həmçinin bəstəkarın instrumental musiqilərdən ibarət kompozisiyaları səslənəcək.

Yaradıcılıq gecəsinin üç saata yaxın davam edəcəyi nəzərdə tutulub. Konsert noyabrın 10-da saat 19.00-da başlanacaq.

Yaradıcılıq gecəsi ilə bağlı V.Camalzadə oktyabrın 30-da mətbuat konfransı keçirməyi planlaşdırır. Bəstəkar media nümayəndələrinə yaradıcılıq gecəsi və digər planları barədə məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti