...

Şahid: Cavadağa Sultanov Cahangir Hacıyevə dedi ki, həyat yoldaşınızı Zakir Nəsirov oğurlatdırıb

Cəmiyyət Materials 10 Noyabr 2006 14:17 (UTC +04:00)

"Cavadağa Sultanov Cahangir Hacıyevə dedi ki, arvadınızı oğurlayanları uzaqda axtarmaqdansa, Zakir Nəsirovdan soruşun". Trend in xəbərinə görə, bu sözləri DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun bandasının cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Nizami Qasımov söyləyib.

Şahid qeyd edib ki, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin uzaq qohumudur. 2005-ci ilin fevral ayında Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva oğurlanandan sonra BŞBPİ CAŞ-ın əməliyyatçıları axtarış əməliyyatına cəlb olunublar. Həmin müddətdə Baş Polis İdarəsinin rəis müavini işləmiş Cavadağa Sultanovun Zamirə Hacıyevanın DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi Zakir Nəsirovun sifarişi ilə oğurlanmasından xəbəri olub.

"Mən Cahangir Hacıyevin iş yerinə gedəndə gördüm ki, Cavadağa Sultanov, Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev və idarənin Aydın Mirzəyev adlı əməkdaşı oradadır. Cavadağa Sultanov Cahangir Hacıyevə bildirdi ki, adam oğrularını uzaqda axtarmaq lazım deyil, Zakir Nəsirovu bura çağırın və adam oğrularının qadını gizlətdikləri yeri deməsini ondan tələb edin" - deyə şahid qeyd edib.

Sonra şahidin ifadəsindəki bəzi ziddiyyətli məqamlar araşdırılıb.

Məhkəmə iclası şahid ifadələri ilə davam edir.

Xəbər lenti

Xəbər lenti