...

Ali Məhkəmə ilə Avropa Şurasının birgə keçirdiyi ikigünlük konfrans başa çatıb

Cəmiyyət Materials 14 Noyabr 2006 17:08 (UTC +04:00)

Noyabrın 13-14-də Bakıda keçirilən "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası" mövzusunda beynəlxalq konfrans başa çatıb. Bu barədə Trend ə Azərbaycan Respublikasının Ali Məhkəməsindən məlumat verilib.

Tədbirin ikinci günü İnsan Haqları üzrə Avropa Məhkəməsinin hakimləri Xanlar Hacıyevin və xanım Fransuas Tulkensin "İnsan hüquqları üzrə Avropa Konvensiyasının ölkədaxili tətbiqi", "İnsan hüquqları üzrə Avropa Konvensiyasında nəzərdə tutulmuş öhdəliklər", "İnsan hüquqları üzrə Avropa Konvensiyasına ümumi baxış və onun icra mexanizmləri", "İnsan Hüquqları üzrə Avropa Məhkəməsində prosedurlar", professor Jan-Fransua Akandji-Kombenin "Avropa Şurası insan hüquqları mexanizminə ümumi baxış", Avropa Şurası İnsan hüquqları üzrə Direktorluğunun inzibatçısı xanım Tatyana Termaçiçin "İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının icrası və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarları yerli hüquq sistemində" mövzularında məruzələri dinlənilib.

Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonda Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə-hüquq sahəsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini vurğulayıb, qonaqlara təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti