Tanınmış parodiyaçı Maksim Qalkin noyabrın 21-də Bakıda "Yeni və Ən yaxşı" yeni konsert proqramının nümayişinə hazırlaşır. Artıq adından məlumdur ki, o, tamaşaçılara həm yeni nömrələrini, həm də tamaşaçılar tərəfindən ən çox bəyənilmiş nömrələrini təqdim edəcək.
M.Qalkinin 2004-cü ildə Bakıda ilk çıxışı, yəqin ki, mövsümün ən yaxşı konserti oldu. M.Qalkinin aktrisa Renata Litvinovanı parodiya etdiyi populyar nömrəyə Cırtdan və Tıq-Tıq xanım haqqında nağılları daxil etməsi xüsusilə yadda qalıb.
Trend in müxbirinin məhz bu nağılları nə qədər vaxta hazırladığı barədə sualına M.Qalkin cavab verib ki, bu- yaradıcılıq sirridir. Təbii ki, "Renata Litvinova"sız Maksim Bakıya gəlməyəcək, bu isə o deməkdir ki, o, bəlkə də indi Azərbaycan xalq nağılları kitabını oxuyur.
Elə həmin konsertdə parodiyaçı Azərbaycan dilində lətifə də söyləyib. Bütün deyilənlərə əsaslanaraq, belə bir qərara gəlmək olar ki, gələcək görüş bizə sürprizlər edəcək. Kim bilir, biz bu dəfə nə eşidəcəyik?