...

Hacı Məmmədovun məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib

Cəmiyyət Materials 21 Noyabr 2006 14:12 (UTC +04:00)

Noyabrın 21-də Hacı Məmmədovun məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib. Trend in xəbərinə görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Dövlət ittihamçısı Abdulla Yusifov təqsirləndirilən şəxslər Aslanbek Çintamirovun, Sidek Abdulvahabovun, Yagir Məmmədovun və Malik Məmmədovun ibtidai istintaq zamanı verdikləri ifadələr əsasında hadisə yerlərinin yoxlanılması protokollarını elan edib.

Prokurorun təqsirləndirilən şəxslər Nişat İsmayılovla Aslanbek Çintamirovun ibtidai istintaq zamanı üzləşdirilmələri ilə bağlı protokolu elan etməsi isə digər təqsirləndirilən şəxs Ədalət Əsədullayevin vəkili Novruz Əliyevin etirazına səbəb olub. Vəkil bildirib ki, istintaq dövründəki üzləşmə protokollarının məhkəmədə elan olunması məhkəmə araşdırmasının nəticəsinə kölgə sala bilər. Lakin məhkəmə etirazı qəbul etməyib.

Məhkəmə iclası sənədlərin elanı ilə davam edir.

Xəbər lenti

Xəbər lenti