...

Parodist Maksim Qalkin Bakıda eksklüziv nömrə təqdim edib

Cəmiyyət Materials 22 Noyabr 2006 13:13 (UTC +04:00)

Noyabrın 21-də Heydər Əliyev adına sarayda Rusiyanın tanınmış parodisti Maksim Qalkinin konserti olub. Qalkin bu konsertə ciddi hazırlaşıb və onun Bakıya gəlişinə bir gün qalmış Aleksey Tsapik tərəfindən yazılmış eksklüziv nömrəni təqdim edib.

Trend in xəbər verdiyi kimi, M.Qalkin Azərbaycan dilində danışmağı öyrənəcəyi ilə bağlı verdiyi vədə əməl edib. O, rəvan danışmağı öyrənməsə də, konserti "Axşamınız xeyir" sözləri ilə başlayıb və daha sonra bir neçə dəfə Azərbaycan dilində uğurlu zarafat edib.

Qeyd edək ki, əgər M.Qalkinin birinci səfəri bir hadisə idisə, bu çıxış tamaşaçılar tərəfindən bir qədər sakit qarşılanıb. Bundan başqa, zalda az da olsa, boş yerlər qalmışdı.

Xəbər lenti

Xəbər lenti