...

Azərbaycanın cəzaçəkmə müəssisələrində İİR vətəndaşları əsasən narkotik alverinə görə cəza çəkirlər

Cəmiyyət Materials 24 Noyabr 2006 12:26 (UTC +04:00)

Azərbaycanın cəzaçəkmə müəssisələrində İİR vətəndaşları əsasən narkotiklərə, Gürcüstan vətəndaşları isə mənzil oğurluğuna görə cəza çəkirlər. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarlı məlumat verib.

"Ümumiyyətlə, Azərbaycanda cəza çəkən xarici vətəndaşların böyük hissəsi İran, Rusiya və Gürcüstandandır. İran və Gürcüstan vətəndaşları demək olar ki, eyni tip cinayətlər törədir, lakin bundan fərqli olaraq Rusiya vətəndaşalrının törətdikləri cinayətlər müxtəlif xarakterlidir" - deyə Z.Qafarlı qeyd edib.

İdarə rəisi təəssüflə qeyd edib ki, Azərbaycanda cinayət törətdiklərinə görə həbsdə olan Gürcüstan vətəndaşları gücrülər yox, həmin ölkənin vətəndaşı olan azərbaycanlılardır. Hazırda bir neçə məhkumun dəyişdirilməsi ilə bağlı hazırlıq işləri görülür. "Cəzaçəkmə müəssisələrimizdə cəza çəkən İran, Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarının öz dövlətlərinə verilmələri, yaxud dəyişdirilmələri ilə əlaqədar sənəd hazırlığı işləri aparılır" - deyə Z.Qafarlı qeyd edib.

Xəbər lenti

Xəbər lenti