Son illər Bakının qəbul etdiyi Həvəskar Boksun Ümumdünya Assosasiyasının (AIBA) keçmiş prezidenti Ənvər Çoudri kuboku adını dəyişir.
Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend -ə verdiyi məlumata görə, bundan sonra yarış "Böyük İpək Yolu" adlanacaq ki, bu haqda o artıq AIBA -nın rəhbərliyini xəbərdar edib. "Adın dəyişdirilməsi üçün bir neçə səbəb var, onlardan ən əsası Pakistandan olan professorun daha AIBA rəhbəri olmamasıdır. Digər tərəfdən, turnir iştirakçılarının coğrafiyası çox genişdir, buna görə də biz "ipək yolu" variantında dayandıq". Bunu A.Əbiyev bildirib.
Xatırladaq ki, Kuba, ABŞ, Qazaxıstan, Rusiya, Ukrayna və bir sıra digər ölkələrdən bokçuların gəldiyi A.Çoudri Kuboku bu il öz on illik yubileyini qeyd edib.