...

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid bir həftə reanimasiyada saxlanılacaq

Cəmiyyət Materials 24 Noyabr 2006 16:33 (UTC +04:00)

15 gündən bəri aclıq aksiyası keçirən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid bir həftə xəstəxananın reanimasiya şöbəsində saxlanılacaq. Bu barədə Trend ə "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov məlumat verib.

Qeyd edək ki, bu gün Qənimət Zahidin səhhəti kəskin şəkildə pisləşdiyi üçün Bakıdakı 5 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Xəstəxananın baş həkimi Ziya Əsədov bildirib ki, baş redaktoru vaxtında xəstəxanaya çatdırıblar. Onun sözlərinə görə, bir qədər gec çatdırılsaydı, xəstənin həyatı təhlükədə qala bilərdi. Həkimlər xəstənin ən azı beş gün, yaxud bir həftə reanimasiyada saxlanılmasını məsləhət görüblər. Hazırda Q.Zahidin həyatı üçün ciddi təhlükə aradan qaldırılıb.

Xatırladaq ki, Qənimət Zahid və digər jurnalistlər "Azadlıq" qəzetinin yerləşdiyi Xaqani 33 ünvanındakı binadan çıxarılmasına etiraz əlaməti olaraq aclıq aksiyası keçirirdilər.

Xəbər lenti

Xəbər lenti