...

"Nizami" kinoteatrı əsaslı təmir ediləcək

Cəmiyyət Materials 27 Noyabr 2006 17:32 (UTC +04:00)

"Gələn il "Nizami" kinoteatrında əsaslı yenidənqurma işləri aparılacaq və bir il davam edəcək təmirdən sonra biz dünya standartlarına cavab verəcək kinofestivallar keçirə biləcəyik" - deyə "Şərq-Qərb" beynəlxalq kinofestivalının direktoru Abbas Əliyev Trend ə xəbər verib.

O, həmçinin vurğulayıb: "İndiyədək biz festivallarımızı H. Əliyev adına Sarayda keçirirdik. Amma onun 2500 nəfərlik zalında müasir səs və videoeffektlərlə müşayiət edilən müasir kinolentlərin nümayişi üçün nəzərdə tutulmuş texniki şərait yoxdur. Belə şərait digər baxış zallarında da mövcud deyil, üstəlik onlara az sayda tamaşaçı yerləşir".

Qeyd edək ki, "Nizami" kinotetrında yenidən qurma işləri ölkə başçısı İlham Əliyevin göstərişi ilə həyata keçiriləcək. Artıq işlərin smetası tutulub, dövlət büdcəsindən lazımi məbləğ ayrılıb. Kinoteatrda müasir nümayiş texnikası ilə təchiz edilmiş beş baxış zalı fəaliyyət göstərəcək, tamaşaçılar isə mərtəbələrə eskalatorla qalxacaqlar.

Xəbər lenti

Xəbər lenti