...

Nazim İbrahimov Böyük Britaniya Parlamentinin Lordlar palatasının üzvü ilə görüşüb

Cəmiyyət Materials 30 Noyabr 2006 19:00 (UTC +04:00)
Nazim İbrahimov Böyük Britaniya Parlamentinin Lordlar palatasının üzvü ilə görüşüb

Noyabr ayının 30-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Böyük Britaniya Parlamentinin Lordlar palatasının üzvü, Mühafizəkarlar Partiyasının təmsilçisi Baronessa Detta Okahoynla görüşüb. Bu barədə Trend ə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin sədri Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin dostluq və əməkdaşlıq xarakteri daşıdığını söyləyib. N.İbrahimov Dövlət Komitəsinin fəaliyyəti barədə qonağa ətraflı məlumat verərərək bildirib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması və onların hüquqlarının qorunması, milli-mənəvi dəyərlərinin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

N.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində son illərdə ölkəmizin diaspor quruculuğu sahəsində mühüm nailiyyətlər qazandığını vurğulayıb. N.İbrahimov dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların sayı barədə də qonağı məlumatlandırıb.

Baronessa Detta Okahoyn xarici ölkələrdə yaşayan azərbaycanlıların məskunlaşdıqları ölkələrdə cəmiyyətə interasiyalarının vacib olduğunu bildirib. O, irland xalqını təmsil etdiyini diqqətə çatdıraraq, vaxtilə irlandların da yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya sahəsində müəyyən problemlərlə qarşılaşdıqlarını, lakin zamanında həyata keçirilmiş tədbirlər nəticəsində bu problemlərin aradan qaldırıldığını söyləyib. Qonaq qeyd edib ki, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştiraklarının təmin olunması da diaspor quruculuğu siyasətinin vacib istiqamətlərindən olmalıdır.

Xəbər lenti

Xəbər lenti