...

Azərbaycan bilyardçıları Finlyandiyada keçirilən dünya çempionatında çıxış edəcəklər

Cəmiyyət Materials 7 Dekabr 2006 17:52 (UTC +04:00)

Azərbaycanın bilyard yığması dekabrın 7-də Finlyandiyada start götürəcək "sərbəst piramida" üzrə dünya çempionatında iştirak edəcək.

Trend xəbər verir ki, komandaya Seymur Məmmədov, Azər Hacıyev, Rauf Mustafayev və Seyhun Ağayev daxildir. Onlar Skandinaviyada uğurla iştirak etməyə qadirdirlər. Həm də Seymur bu yaxınlarda piramida üzrə Beynəlxalq və Avropa Komitəsinin reytinqində öz mövqelərini xeyli yaxşılaşdırıb. Belə ki, dərəcələr haqqında növbəti cədvəldə idmançı sonuncu cədvəllə müqayisədə bir pillə qalxaraq, doqquzuncu yeri tutur. Bu il on altı turnirdə iştirak edən Seymurun aktivində 146,55 xal var. Bunun sayəsində o, latviyalı Maris Vartiks, rusiyalı Eduard Qaliyants, ukraynalı Artyom Moiseyenko və bir çox kiy ustalarını geridə qoyur.

Xəbər lenti

Xəbər lenti