...

Rusiyada dövlət xətti ilə Azərbaycanın 400 vətəndaşı təhsil alır

Cəmiyyət Materials 9 Dekabr 2006 13:17 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyindən Trend ə bildiriblər ki, hazırda RF-də Azərbaycandan olan 400 vətəndaş dövlət xətti ilə təhsil alır.

Bu sırada 262 tələbə, 2 magistrant, 36 aspirant, 4 doktorant, 25 kursant, Mülki Müdafiə Akademiyası və Diplomatiya Akademiyasından 10 dinləyici, ali tibb məktəbinin 8 ordinatoru var.

Dövlət xətti ilə Azərbaycan respublikasının vətəndaşlarının Rusiya ali məktəblərinə qəbulu 01.02.2002-ci il tarixli "Azərbaycan Respublikası Təhsil Nazirliyi və Rusiya Federasiyası Təhsil Nazirliyi arasında əməkdaşlığa dair" protokol əsasında həyata keçirilir.

Təqaüdlərin kəmiyyəti və qəbul şərtləri hər il diplomatik kanallar vasitəsilə tərəflər arasında razılaşdırılır.

Xəbər lenti

Xəbər lenti