...

Taekvando üzrə ikiqat Avropa çempionu Niyaməddin Paşayev gələn il dayanqa qayıdacaq

Cəmiyyət Materials 9 Dekabr 2006 14:12 (UTC +04:00)

Taekvando üzrə ikiqat Avropa çempionu Niyaməddin Paşayev dizindəki zədənin müalicəsindən sonra yalnız gələn il dayanqa qayıda biləcək.

Yığmanın baş məşqçisi Ələkbər İmaməliyevin Trend ə verdiyi məlumatda bildirilir ki, idmançı növbəti üç həftə ərzndə zədəsini müalicə etməli və məşqləri davam etdirməlidir. Niyaməddin bu yaxınlarda müalicə üçün Moskvaya yola düşüb, moskvalı mütəxəssislər onun zədəsinin nə dərəcədə cidi olmasını qiymətləndirməli və sağlamlığının bərpası müddətini bildirməlidirlər. Yanvarda ölkə çempionatı keçiriləcək ki, burada respublikanın bütün güclü taekvandoçuları iştirak etməlidir.

Qeyd edək ki, məhz səhhətindəki problemlə bağlı N.Paşayev, yığmamızın ikinci yer tutduğu Moskvada keçirilən MDB, Baltika və Şərqi Avropa ölkələrinin açıq çempianatında iştirak edə bilməmişdi.

Xəbər lenti

Xəbər lenti