...

Uşaq evlərindəki körpələrin ailələrə verilməsi ilə bağlı maarifləndirmə işi aparılır

Cəmiyyət Materials 15 Dekabr 2006 20:27 (UTC +04:00)

Hazırda uşaq evlərində olan uşaqların ailələrə verilməsi proqarmının həyata keçirilməsi üçün lazımi işlər görülür. Trend bildirir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova xəbər verib.

Onun sözlərinə görə, hazırda bu layihənin mahiyyətini əhaliyə izah etmək üçün seminarlar keçirilir və maarifləndirmə işi ararılır. "Bəzi insanlar elə bilirlər ki, bu proqaram həyata keçəndən sonra internatlar və uşaq evləri bağlanacaq və orda işləyənlər işsiz qalacaq. Əslində isə belə deyil. Biz uşaq evlərini əvəzləyən resurs mərkəzləri yaratmağı nəzərdə tuturuq. Orada 7-8 nəfər uşaq sığınacaq tapacaq. Bu, Avropada və dünyada geniş yayılmış modeldir".

H.Hüseynova bildirib ki, bu məsələdə konkret bir ölkənin təcrübəsini tətbiq etmək deyil, ən yaxşı modelləri öyrənib onu Azərbaycanın milli-mənəvi adət-ənələri ilə uzlaşdırmaq nəzərdə tutulub.

H.Hüseynova qeyd edib ki, intenatlardakı uşaqların ailərərə verilməsi zamanı onların ilk növbədə bioloji valideynlərinə qaytarılmasına çalışılacaq.

Xəbər lenti

Xəbər lenti