...

Türkiyə parlamentinin spikeri türkdilli dövlətlərin mədəniyyət nazirlərini qəbul edib

Cəmiyyət Materials 19 Dekabr 2006 16:11 (UTC +04:00)

"Əlimizdən gələni etməliyik ki, türk dilində daha çox insan danışsın və onlar daha təhsilli olsunlar". Trend xəbər verir ki, bu barədə bu gün Ankarada Ümumi Türk Mədəniyyəti və İncəsənti Birliyinin (TÜRKSOY) 23-cü daimi sessiyasında iştirak edən türkdilli dövlətlərin mədəniyyət nazirləri ilə görüşdə Türkiyə parlamentinin spikeri Bülənt Arınç bildirib.

Sessiya iştirakçılarına müraciət edərək spiker türk dünyasının vahid dil strategiyasının yaradılmasının vacibliyini vurğulayıb və bildirib: "Türk mədəniyyəti və əcdadlarımızın tarixini hərtərfli öyrənmək lazımdır".

Xəbər lenti

Xəbər lenti