...

Azərbaycan Mədəniyyət Nazirliyi və Sankt-Peterburq hökuməti mədəniyyət sahəsində əməkdaşlıq barədə sənəd imzalayacaqlar

Cəmiyyət Materials 21 Dekabr 2006 15:17 (UTC +04:00)

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Sankt-Peterburq hökumətinə mədəniyyət və turizm sahəsində əməkdaşlığa dair protokol layihəsi göndərib. Bu barədə Trend ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən xəbər veriblər.

Nazirlikdən bildiriblər ki, Azərbaycan Sankt-Peterburqla mədəniyyət və turizmin bütün sahələrində əməkdaşlıq etmək niyyətindədir. Sənəd gələcəkdə muzey işi, kitabxana sistemi, mədəni turizm və s. bu kimi əməkdaşlıq sahələrini əhatə edir.

Sənədin imzalanması gələn il Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiyanın şimal paytaxtına səfəri çərçivəsində nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti