...

DAK-ın Bakı ofisinin rəhbəri tutduğu vəzifədən istefa verib

Cəmiyyət Materials 22 Dekabr 2006 17:04 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) Bakı ofisinin və qurumun mətbuat xidmətinin rəhbəri Əli Nicat vəzifəsindən istefa verib. Bu barədə Trend ə Əli Nicat özü məlumat verib.

O bildirib ki, DAK-ın Güney Azərbaycanla bağlı fəaliyyəti qənaətbəxş deyil. Ə.Nicat DAK-ın Güney Azərbaycan məsələsində göstərdiyi fəaliyyətindən narazı qaldığı üçün istefa verdiyini bildirib. Onun sözlərinə görə, DAK Güneylə bağlı heç bir fəaliyyət göstərmir, Güneydəki hadisələrlə əlaqədar hazırlanan hesabatın başa çatdırılması üçün maliyyə yardımı ayırmır.

Ə.Nicat eyni zamanda onu da bildirib ki, DAK-ın Quzey Azərbaycan, Xocalı faciəsi ilə əlaqədar gördüyü işlər, həmçinin diaspor təşkilatı kimi fəaliyyəti təqdirəlayiqdir.

Xatırladaq ki, DAK 1997-ci ildə ABŞ-da yaradılıb. İndiyədək 8 dəfə qurultayı keçirilən DAK-ın növbəti, 9-cu qurultayına hazırlıq gedir. Təşkilat əsasən Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti