...

Əfv Komissiyasının üzvü Azay Quliyev: "Yaxın vaxtlarda əfv fərmanının imzalanacağı gözlənilmir"

Cəmiyyət Materials 22 Dekabr 2006 19:23 (UTC +04:00)

Yaxın vaxtlarda əfv fərmanının imzalanacağı gözlənilmir. Trend in məlumatına görə, Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev jurnalistlərlə söhbətində belə deyib.

Azay Quliyev bildirib ki, əfv fərmanı bir müddət əvvəl imzalanıb. "Amma müraciətlər çoxalacağı təqdirdə komissiya həmişə olduğu kimi bu məsələyə baxacaq və müvafiq qərarlar qəbul edəcək."

Yaxın vaxtlarda Əfv Komissiyasının iclasının keçirilib-keçirilməyəcəyinə gəlincə, A.Quliyev qeyd edib ki, bu haqda dəqiq məlumata malik deyil.

Qeyd edək ki, bəzi hüquq müdafiəçiləri bildiriblər ki, bu ilin sonuna qədər əfv fərmanının imzalanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti