Bu gün Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. Trend Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda hakim vəzifəsinə namizədlərin imtahanı, hakimlər haqqında iltizam icraatları araşdırmalarının nəticələri ilə bağlı məsələlərə baxılıb.
Məlumata görə, tədbirdə ədalət mühakiməsi sahəsində səmərəliliyin artırılmasında hakmilərin rolu qeyd edilib, nöqsanlara yol vermiş hakimlərdən 1 saylı İqtisad məhkəməsinin hakimi Ülvi Mayılova və Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Hüseyn Hüseynova töhmət verilib, Ali Məhkəmənin müraciəti əsasında Səbail rayon məhkəməsinin hakimi Alim Namazov barəsində iltizam icraatı başlanıb.