...

"Neftçi" futbol klubu serbiyalı qolkiperlə vidalaşmaq niyyətində deyil

Cəmiyyət Materials 26 Dekabr 2006 14:02 (UTC +04:00)

Hüseyn Məhəmmədovu almasına baxmayaraq, "Neftçi" futbol klubu serbiyalı qolkiper Vladimir Miçoviçlə vidalaşmaq niyyətində deyil.

Trend xəbər verir ki, bakılılar gələcəkdə də komandada bir nömrə olan legionerin xidmətlərindən istifadə etmək fikrindədirlər. Lakin vaxtilə "Neftçi"nin adından çıxış edən, sonra isə çox vaxt ehtiyatda olduğu Yevlaxın "Karvan" klubuna keçən təcrübəli H.Məhəmmədovun iştirakını nəzərə alaraq, indi heyətdə yer uğrunda rəqabət kəskinləşəcək.

Eyni zamanda gələcəkdə də klubun rənglərini AFFA tərəfindən legionerlərə olan limitin sərtləşdirilməsi səbəbindən az oyun vaxtı alan bolqar yarımmüdafiəçisi Svyatoslav Stefanov müdafiə edəcək. Kollektivin forvard Samir Əliyevi aldığını nəzərə alaraq, ötən mövsümün yekunlarına görə "Neftçi"nin ən yaxşı bombardiri Branimir Subaşiç klubu tərk edə bilər.

Xəbər lenti

Xəbər lenti