...

ANS-in tezliyinə elan olunmuş müsabiqədə iştirak üçün bu kanalın özündən başqa müraciət edən yoxdur

Cəmiyyət Materials 26 Dekabr 2006 17:21

Trend-i buradan izləyin

ANS kanalının yayımlandığı tezliyə elan olunmuş müsabiqədə iştirak etmək üçün bu kanalın özündən başqa müraciət edən yoxdur. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhəmmərli açıqlama verib.

Onun sözlərinə görə, müsabiqədə bir nəfər iştirakçı olursa, bu, artıq müsabiqə hesab edilmir. Ona görə də əgər sona qədər müsabiqədə ANS-dən başqa heç bir iddiası olmayacaqsa, o zaman Teleradio Şurası bu məsələni müzakirə edəcək. Çünki tezliyin müsabiqənin yeganə iştirakçı olan ANS-ə verilməsi qərara alına bilər, yaxud başqa bir qərarın çıxarılması da mümkündür.

N.Məhərrəmli onu da deyib ki, ANS-in müsabiqəyə təqdim etdiyi sənədlərdə problemlər var.

Xatırladaq ki, noyabrın 24-də Teleradio Şurası ANS-ın fəaliyyətindəki qanun pozuntularını əsas gətirərək yayımının dayandırılması və onun tezliyini tutmaq üçün müsabiqə keçirilməsi barədə qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti