...

Bakı Şəhər İcra Hakimiyyətinin qartəmizləyən maşınları paytaxtın küçələrini təmizləyir

Cəmiyyət Materials 29 Dekabr 2006 16:47 (UTC +04:00)

Paytaxt küçələrini qardan və buz qatından təmizləmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin qartəmizləyən maşınları yollarda iş aparır. Bu barədə Trend ə Bakı Şəhər Təsərrüfat və Xidmət İdarəsinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, nəqliyyatın və əhalinin rahat hərəkət etməsi üçün Bakının küçələrinə, maşın yollarına qum və duz tökülür. Dünəndən başlayaraq Təbriz küçəsi, Səməd Vurğun küçəsi, həmçinin şəhərin mərkəzi hissəsində, nəqliyyatın gur olan yerlərində yolların təmizlənməsinə başlanılıb. Ə.Bağırov qeyd edib ki, yolların təmizlənməsi işi davam etdirilir və qarlı hava şəraiti başa çatanadək bu işlər görüləcək.

Xəbər lenti

Xəbər lenti