...

Mətbuat Şurası "Qiymət artımı və qəzetlər" mövzusunda konfrans keçirəcək

Cəmiyyət Materials 11 Yanvar 2007 14:36 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artımı ilə əlaqədar mətbuatın da üzləşdiyi problemlərlə bağlı yanvarın 12-də "Qiymət artımı və qəzetlər" mövzusunda konfrans keçirəcək. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

Toplantıda qəzetlərin qiymətlərinin artırılıb-artırılmaması, bu narahatlıqlarla əlaqədar ortaq məxrəcə gəlinməsi ətrafında müzakirələr aparılacaq. Tədbirdə Şura üzvləri, nəşriyyatların, yayım şirkətlərinin və müxtəlif kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti