...

Qrossmeyster Teymur Rəcəbov Veyk-An-Zeyedəki turnirin təkbaşına liderliyinə çıxıb

Cəmiyyət Materials 16 Yanvar 2007 13:03 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Veyk-An-Zeyedə keçirilən superturnirin təkbaşına liderliyinə çıxıb.

Trend xəbər verir ki, şahmatçı üçüncü turda qara fiqurlarla ispaniyalı Aleksey Şirovu məğlub edib. O, bu idmançıya ötən illərdə də qalib gəlib. Həm də, ilk oyun günündə olduğu kimi, köhnə Hindistan müdafiəsindəki məharətli hərəkətlər Teymura uğur gətirib. Beləliklə, üç turdan sonra T.Rəcəbov 1,5 xal yığıb və yaxın liderlərdən 0,5 bal öndədir.

Xatırladaq ki, turnirdə həmçinin bolqar Veselin Topalov, hindistanlı Vişvanatan Anand, Rusiyadan olan Vladimir Kramnik, Pyotr Svidler və Aleksandr Motılyov, erməni Levon Aronyan, Ukrayna nümayəndələri Ruslan Ponomaryov və Sergey Karyakin, Çexiyadan olan David Navara, norveç Maqnus Karlsen və hollandiyalı Sergey Tivyakov iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti