...

"Böyük İpək yolu" turniri AIBA-nın təqviminə daxil olub

Cəmiyyət Materials 20 Yanvar 2007 12:22 (UTC +04:00)

Artıq ənənəvi Ümumdünya boks həvəskarları assosiasiyasının (AIBA) eks-prezidenti Ənvar Çoudri Kubokunu əvəz etmiş "Böyük İpək yolu" beynəlxalq turniri qəti şəkildə dünya təqviminə daxil olub.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend ə verdiyi xəbərə görə, yarış 26 mart- 1 aprel tarixlərində İdman Sarayında keçiriləcək və ora bir çoc güclü komandalar toplaşacaqlar. "Mən əminəm ki, "Böyük İpək yolu" yarışı Pekindən Berlinə qədər olan boksçuları birləşdirə bilər. Həm də bu yolun keçdiyi bütün ölkələr bizim turnirin labüd iştirakçılarıdır. Bu, Hindistan, Çin, İran, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkiyə və bir çox digər dövlətlərə aiddir. Ona görə də turnirin səviyyəsi, əvvəlki kimi, kifayət qədər yüksək olacaq", - deyə A.Əbiyev hesab edir.

Xəbər lenti

Xəbər lenti