...

"Bakı" futbol klubunun Birlik Kubokunun dörddə bir finalına çıxmaq məsələsi sual altındadır

Cəmiyyət Materials 22 Yanvar 2007 10:51 (UTC +04:00)
"Bakı" futbol klubu bu günlərdə Moskvada keçirilən Birlik Kuboku yarışlarının qrup mərhələsində son görüş ərəfəsində mürəkkəb turnir vəhiyyətinə düşüb.

"Bakı" futbol klubu bu günlərdə Moskvada keçirilən Birlik Kuboku yarışlarının qrup mərhələsində son görüş ərəfəsində mürəkkəb turnir vəhiyyətinə düşüb.

Trend xəbər verir ki, Böyükağa Hacıyevin yetirmələrinə dörddə bir finala düşmək üçün pley-offa real namizəd Estoniyanın "Levadiya" komandasını mütləq məğlub etmək lazımdır. Yanvarın 23-də estonların keçirdiyi oyunda isə heç-heçə də onları qane edər, belə ki, xalların bərabərliyində onlar "Bakı"nı vurulan və buraxılan qollar fərqində gerdə qoyurlar.

Xatırladaq ki, bakılılar birinci turda Tiraspolun "Şerif" komandasına (3:4) hesabı ilə məğlub olub, daha sonra Qırğızıstanın "Dardoy-Dinamo" komandasını 2:0 hesabı ilə məğlub ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti