...

Azərbaycanın rəqs dueti fiqurlu konki sürmə üzrə Avropa çempionatında birinci nömrəni alıblar

Cəmiyyət Materials 23 Yanvar 2007 13:36 (UTC +04:00)

Azərbaycanı təmsil edən Yekaterina Sosinova - Fedo Sokolovdan ibarət idman rəqs dueti yanvarın 23-də Varşavada start götürən fiqurlu konki sürmə üzrə Avropa çempionatında birinci nömrə altında çıxış edəcəklər.

Trend turnirin rəsmi saytına istinadən xəbər verir ki, idmançılar yarışı açacaq, sonra isə buz üzərinə eston dueti Diana Rennik - Aleksey Saks çıxacaq. İdman cütlüklərinin proqramında cəmi on beş duet çıxış edəcək. Burada Rusiyadan olan Mariya Petrova -Aleksey Tixonov favorit hesab olunurlar.

Eyni zamanda rəqs duetlərinin hesabatında üç qat Olimpiada iştirakçıları Kristin Freyzer- İqor Lukanin ikinci qrupda yeddinci nömrə ilə çıxış edəcəklər. Burada həmçinin Fransadan olan Perlen Karron- Metyu Jost, Belorusiyadan olan Yevgeniya Melnik -Oleq Krupen, eləcə də Böyük Britaniyadan olan Şineyd Kerr və Con Kerr də çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti