...

Teymur Rəcəbov Veyk-An-Zeyedəki turnirdə ikinci sırada qərarlaşıb

Cəmiyyət Materials 24 Yanvar 2007 15:38 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Veyk-An-Zeyedə keçirilən superturnirdə ikinci sırada qərarlaşıb.

Trend xəbər verir ki, doqquzuncu turda şahmatçı ağ fiqurlarla Norveçdən olan Maqnus Karlsenlə qarşılaşmasını heç-heçə ilə başa vurub və altı xal toplayıb. Teymur əvvəlki kimi ötən turda Levon Aronyanla sülh bağlayan bolqar Veselin Topalovdan yarım bal geridədir. Bir sıra uğursuzluqlardan sonra Vişvanatan Anand qələbə qazanıb. O, Lyuk Van Velini təslim olmağa məcbur edib. Ukraynalıların yarışında Ruslan Ponomaryov Sergey Karyakina qalib gəlib, ispan Aleksey Şirov isə çex David Navaradan üstün olub. Eyni zamanda Pyotr Svidler - Vladimir Kramnik oyunu, eləcə də Sergey Tivyakov - Aleksandr Motılyov partiyası heç-heçə ilə nəticələnib.

Xəbər lenti

Xəbər lenti