...

İyunda Azərbaycan Ümumdünya Olimpiya Təşkilatına sənəd təqdim edəcək

Cəmiyyət Materials 26 Yanvar 2007 15:23 (UTC +04:00)

İyunda Azərbaycan 2016-cı il Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi üzrə Ümumdünya Olimpiya Təşkilatına sənəd təqdim etməlidir. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Nazir bildirib ki, hazırda Amerika konsaltinq şirkətinin yardımı ilə sənədlər hazırlanır.

"Əgər Azərbaycan birinci mərhələni keçə bilsə, ikinci mərhələni 2009-cu ildə keçəcək. Bizim proqnozlarımıza görə, Təşkilata ərizə vermiş 16-17 ölkədən 4-5 ölkə ikinci mərhələyə keçəcək", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti