...

Rusiyanın təhsil naziri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 5 Fevral 2007 17:46 (UTC +04:00)

Rusiyanın təhsil naziri Andrey Fursenko cari ilin yazında Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyinin Xarici əlaqələr və koordinasiya idarəsinin rəisi Mahir Əliyev məlumat verib.

Rusiyalı nazirin səfəri çərçivəsində təhsil sahəsində ikitərəfli məsləhətləşmələrin aparılması planlaşdırılır. Ehtimal olunur ki, məsləhətləşmələr zamanı tərəflər əməkdaşlığın inkişafı, informasiya mübadiləsi, diplomaların qarşılıqlı tanınması, eləcə də Azərbaycanda fəaliyyət göstərən Rusiyanın ali təhsil müəssisələrinin filiallarının fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcəklər.

Yaxın vaxtlarda tərəflər gələcək səfərin hazırlıqlarına başlamaq niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti