...

2006-cı ildə insan haqları üzrə Avropa Məhkəməsi Azərbaycan məhkəməsinin bir qərarını ləğv edib

Cəmiyyət Materials 12 Fevral 2007 15:07 (UTC +04:00)

2006-cı ildə insan haqları üzrə Avropa Məhkəməsinə 1478 iş göndərilib, bunlardan yalnız biri ilə bağlı Azərbaycan Məhkəməsinin çıxardığı qərarın ləğv edilməsi barədə qərar çıxarılıb. Bu barədə Trend ə Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev bildirib.

Onun sözlərinə görə, bu fakt respublika məhkəmələrində problem olmamasını göstərmir. Azərbaycanın Avropa Məhkəməsi yurisdiksiyasına daxil olduğu gündən respublikaya qarşı 1560 qərar çıxarılıb: Fransa - 91, Rusiya Federasiyası- 102, Macarıstan -67, Xorvatiya-22, Avstriya - 21 və Ukrayna- 120 qərar.

Vətəndaşların narazılığına səbəb olmuş hakimlərin qeyri-obyektivliyi nəticəsində 2006-cı ildə Ali Məhkəmə tərəfindən 30 xüsusi qərar hazırlanıb və Azərbaycan Məhkəmə-hüquq Şurasına gönədrilib.

Xəbər lenti

Xəbər lenti