...

"Foppapedretti" voleybolçuları Bakıya gəlir

Cəmiyyət Materials 13 Fevral 2007 14:50 (UTC +04:00)

"Foppapedretti" qadın voleybol klubu Berqamdan fevralın 13-də Bakıya gələcək, bir gündən sonra "AzerReyl"ə qarşı cavab pley-off matçı keçirəcək. Trend in məlumatına əsasən, bir həftə əvvəl italyanlılar öz meydançalarında Faiq Qarayevin yetirmələrinə əminliklə 3:0 hesabı ilə qələbə qazanaraq praktiki olaraq cütlüyün qələbəsi məsələsini aradan qaldırıb. Buna görə də cavab yarışında Avropa Kubokunun növbəti dairəsinə çıxmaq məsələsini həll etmək üçün bir partiyada qələbə əldə etmək lazımdır. Bununla yanaşı, "AzerReyl" Liqada mübarizənin davam etdirilməsi şansını əldə saxlamaq üçün çətin məsələ olan - quru hesabla "Foppapedretti"yə qalib gəlməlidir.

Qeyd etmək lazımdır ki, komandaya analıq məzuniyyətinə çıxmış Liqanın qrup mərhələsinin nəticəsinə görə ən yaxşı blokadaçı Kseniya Kovalenko kömək edə bilməyəcək.

Xəbər lenti

Xəbər lenti