...

Azərbaycanın Ekologiya Nazirliyi Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yanğınların ziyanının məbləğini elan edib

Cəmiyyət Materials 13 Fevral 2007 19:34 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistan tərəfindən respublikamızın işğal olunmuş ərazilərində yanğınların ətraf mühitə vurduğu ziyanın məbləğini elan edib. Nazirliyin mətbuat xidmətinə istinadən Trend məlumat verir ki, 2006-cı ildə bu məbləğ 159,5 milyon manat təşkil edib.

Ümumilikdə, yanğınlar nəticəsində 63,5 min hektar otlaq sahəsi məhv edilib. Bununla bağlı nazirlik beynəlxalq təşkilatlara, həmçinin Bern Konvensiyasının Katibliyinə müraciət edib.

Müraciətə cavab olaraq Avropa Birliyinin biomüxtəliflik şöbəsinin müdiri Eladio Fernandez-Qaliano deyib ki, AB Azərbaycanda ətraf mühitin müxtəlifliyinin mühafizəsi ilə fəal məşğul olur.

Onun sözlərinə görə, yanğınlar nəticəsində regionun bitki örtüyü deqradasiyaya məruz qalıb. AB ATƏT-in hesabatında yer almış tövsiyələrin həyata keçirilməsində iştirak etmək arzusunu bildirib.

Xəbər lenti

Xəbər lenti