...

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bəyanatla çıxış edib

Cəmiyyət Materials 16 Fevral 2007 18:06 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov fevralın 16-da Morelin-Linaresdə start götürən super turnirdə iştirakdan çıxdığını elan edib.

64.ru saytına istinadən Trend məlumat verir ki, buna səbəb fevralın 10-da baş vermiş hadisə səbəb olub. Qrossmeyster və atasının yaşadığı Patsuaro şəhərciyində mehmanxana nömrəsi oğurlanıb. Bundan sonra şahmatçı təşkilatçılardan heç bir dəstək almayıb və cinayətlə bağlı tədqiqat işi aparılmayıb.

Teymur Rəcəbov rəsmi press-relizində qeyd edib ki, bu hadisə ona və atasına çox təsir edib. "Məsələn, mən bir neçə gündür ki, yata bilmirəm. Belə ciddi yarışa hazırlığı davam etdirmək vəziyyətində deyiləm. Biz nə hökumətdən, nə də təşkilatçılardan dəstək almadıq. Buna görə də mən, bizim cinayətkarlıq reputasiyasına görə məşhur olan şəhərdə təhlükəsizliyimizi təmin etməyən Moreliya-Linares turnirinin təşkilatçılarında böyük günahı görərək, bizə dəyən ziyana görə kompensasiya xahiş etdim. Təşkilatçılar kompensasiya verməkdən imtina edib və mən dəstəyin olmaması və emosional səbəbdən turnirdə iştirak etməkdən imtina etdim".

Xəbər lenti

Xəbər lenti