...

Fiqurist Danil Prilov dünya birinciliyində çıxışını uğursuz başlayıb.

Cəmiyyət Materials 1 Mart 2007 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı. Trend müxbir Z.Səfərov/ Obersdofda yarışan Azərbaycan yığmasının fiquristi Danil Prilov gənclərin dünya birinciliyində çıxışına uğursuz başlayıb. Qısa proqramla çıxış edən idmançı 31-ci yerlə kifayətlənərək hakimlərdən 41.24 bal alıb. Bununla bərabər idmançı yarışın ikinci günü tamaşaçıların hakim olduğu sərbəst kompazisiyada müvəffəqiyyətlə çıxış etməklə öz nəticəsini yaxşılaşdıra bilər.

Eyni zamanda tək ifaçı Kristina Şlabin martın 2-də baş tutacaq buz üzərində ilk çıxışında 22-ci sıra nömrəsi ilə çıxış edəcək. O, Andora Melisandroy Fuentesin təmsilçisi litvalı Beatris Rozinskeylə, ABŞ-dan olan Miran Naqasu, serbiyalı Soney Miqosey və Sloveniya idmançısı Dasoy Qrmlə birlikdə 5-ci qrupa düşüb.

Xəbər lenti

Xəbər lenti