...

Ombudsman: "Cəzaçəkmə müəssisələrində ciddi dəyişikliklər var"

Cəmiyyət Materials 6 Mart 2007 12:01 (UTC +04:00)
Ombudsman: "Cəzaçəkmə müəssisələrində ciddi dəyişikliklər var"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Cəzaçəkmə müəssisələrində ciddi dəyişikliklər var. İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təşkilatlar da bunu təsdiq edirlər.

Ombudsman qeyd edib ki, müşahidə olunan dəyişikliklər təkcə binaların təmirində və yolların abadlaşdırılmasında deyil, çəzaçəkmə müəssisələrində göstərilən xidmətlərdə və məhbusların islah olunması üçün az da olsa, əməklə məşğul olmağa imkan yaradılmasında özünü göstərir.

"Ümumilikdə, vəziyyət müsbətə doğru xeyli dəyişib. Amma bu sahənin təkmilləşdirilməsi üçün yenə də geniş imkanlar var. Biz, bu imkanların nədən ibarət olduğunu yazılı şəkildə Ədliyyə Nazirliyinə təqdim etmişik", deyə E.Süleymanova bildirib.

Yeni cəzaçəkmə müəssisələrinin inşa olunduğunu deyən ombudsman vurğulayıb ki, yeni binalarda məhbusların Avropa standartlarına uyğun şəkildə cəza çəkməsinə şərait yaradılacaq, vəziyyət xeyli dərəcədə yaxşılaşacaq: "Bu sahədə görülən işlər yaxın gələcəkdə öz bəhrəsini verəcək".

Xəbər lenti

Xəbər lenti