...

QAT Macarıstan səfirliyindən açıqlama tələb edir

Cəmiyyət Materials 6 Mart 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycanda Macarıstan səfirliyinin açılmasını və macar səfirinin etimadnaməsinin qəbul olunmasını pisləyir. QAT-ın martın 6-da yaydığı bəyanatda bildirilir ki, Macarıstan hakimiyyəti ermni lobbisinin birbaşa təzyiqləri qarşısında dayana bilməyərək qeyri-obyektiv mövqe tutub və Azərbaycan ordusunun zabiti Ramil Səfərov haqqında ədalətsiz qərar çıxarılmasına şərait yaradıb.

"Budapeşt şəhər məhkəməsinin 13 aprel 2006-cı il tarixli və Macarıstan Apellyasiya Məhkəməsinin 22 fevral 2007-ci il tarixli qərarları Macarıstan hakimiyyəti tərəfindən yönəldilmiş siyasi qərardır. Biz Macarıstan hakimiyyətinin bu mövqeyini Azərbaycan dövlətinə və xalqına qarşı qərəzli münasibət kimi qiymətləndirir, belə bir ölkənin bizdə səfirliyinin açılmasına ehtiyac olmadığını düşünürük"-deyə bəyanatda vurğulanır. QAT Macarıstan səfirliyinin öz ölkəsinin mövqeyi ilə bağlı açıqlama verməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti