...

Futzal üzrə Novruz kuboku bu il keçirilməyəcək

Cəmiyyət Materials 9 Mart 2007 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Azərbaycanda hər il keçirilən Novruz Kuboku uğrunda beynəlxalq yarış bu dəfə baş tutmayacaq. AFFA-dan Trend ə verilən məlumata görə, yarışın təxirə salınmasına səbəb bir sıra ölkələrin müxtəlif səbəblərdən Bakıya gəlməkdən imtina etmələridir. Xüsusilə də, bu yarışda oynamağı planlaşdıran Qazaxıstanın "Aktobe"si milli birincilikdə təxirə salınan oyunları yoxlamaq zərurəti səbəbindən planlarını dəyişməyə məcbur olub.

Bakıya Rusiyanı təmsil edən "Noriya nikel"i də gələ bilməyəcək, bu komandaların iştirakı olmadan isə turnirdə yarışma məzmununu itirir. Buna görə də təşkilatçılar Kuboku o biri ilə keçirməyi qərara alıblar . Baxmayaraq ki, iştirak etmək üçün artıq Gürcüstan, Qırğızıstan və meydan sahibləri ərizə vermişdilər.

Xəbər lenti

Xəbər lenti