...

Avropa Azərbaycanlıları Konqresinin yaxın iki il üçün fəaliyyət planı hazırlanacaq

Cəmiyyət Materials 13 Mart 2007 13:04 (UTC +04:00)
Avropa Azərbaycanlıları Konqresinin yaxın iki il üçün fəaliyyət planı hazırlanacaq

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Martın 10-da Bakıda II qurultayı keçirilən Avropa Azərbaycanlıları Konqresi (AAK) yaxın iki il üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyət planı hazırlayacaq. Bu barədə AAK-ın prezidenti Natiq Ağamirov məlumat verib.

II qurultayda Ağamirov AAK-ın prezidenti seçilib, qurumun Nizamnaməsinə dəyişiklik edilərək qurultayın hər il keçirilməsi nəzərdə tutulub, həmçinin I vitse-prezidentlik postları yaradılıb, Avropanın bütün ölkələri üzrə vitse-prezidentlər təyin edilib, mərkəzi qərargahın Almaniyanın mərkəzi şəhərindən birində yerləşməsi planlaşdırılıb.

Ağamirov qeyd edib ki, AAK-ın qəbul etdiyi proqram və sənədlərdə əsasən lobbiçilik fəaliyyəti əksini tapıb. AAK bundan sonra həm də Azərbaycanın Avropa ölkələri ilə qarşılıqlı əldaqələrinə, beynəlxalq səviyyədə əməkdaşlığına köməklik göstərmək istiqamətidə çalışacaq: "Bundan başqa Avropadakı diasporumuzun yaşadıqları ölkələrin ictimai, siyasi həyatında yaxından iştirak etməsini, diaspor təşkilatlarının işinin koordinasiya olunmasını, Azərbaycan həqiqətlərinin, tarixinin, mədəniyyətinin Avropada təbliğini, ana dilimizin qorunmasını, təhsil proqramı çərçivəsində bazar günləri Azərbaycan məktəblərinin fəaliyyət göstərməsini qarşımıza məqsəd qoymuşuq".

Ağamirov onu da deyib ki, AAK-dakı struktur dəyişiklikləri, vitse-prezidentlərin sayının çoxaldılması düzgün qərardır. Onun fikrincə, bu, AAK-ın strukturunun, bazasının, əlaqələrinin genişləndirilməsinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti