...

Hakimliyə namizədlərlə keçirilmiş yazılı imtahanların nəticələrindən narazı qalan namizədlərin apellyasiya şikayətinə baxılacaq

Cəmiyyət Materials 13 Mart 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Martın 14-də hakimliyə namizədlərlə keçirilmiş yazılı imtahanların nəticələrindən narazı qalan namizədlərin apellyasiya şikayətinə baxılacaq. Hakimlərin Seçki Komitəsindən verilən məlumata görə, 11 nəfər namizəd imtahanın nəticələrindən şikayət verib. Daxil olmuş həmin müraciətlər ərizəçilərin, müşahidəçilərin və KİV nümayəndələrinin iştirakı ilə Hakimlərin Seçki Komitəsi tərəfindən araşdırılacaq.

Ötən il dekabrın 25-də hakimliyə namizədlərlə test imtahanının ikinci fazası - yazılı imtahan keçirilib. İmtahanlarda 307 namizəd iştirak edib. Namizədlər imtahan zamanı seçilmiş cinayət və mülki sahələr üzrə seçilmiş 2 sualı 4 saat ərzində cavablandırıb.

Anonimliyin təmin edilməsi məqsədilə kodlaşdırılmış cavablar ikiqat yoxlama üsulu ilə, ayrı-ayrılıqda Hakimlərin Seçki Komitəsi və dəvət edilmiş mütəxəssis tərəfindən yoxlanılıb.Bu zaman namizədlərin qanunun məzmununu dolğun açmaq və onun izahını vermək, kazusları həll etməklə fikirlərini səlist ifadə etmək bacarıqlarına xüsusi diqqət yetirilib..

İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 188 namizəd şifahi müsahibəyə buraxılıb.

Xəbər lenti

Xəbər lenti