...

Azərbaycan atıcıları olimpiya lisenziyası uğrunda mübarizəyə başlayırlar

Cəmiyyət Materials 14 Mart 2007 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Güllə atıcılığı üzrə Azərbaycan yığması Fransada başlayacaq Avropa çempionatına olimpiya lisenziyası uğrunda mübarizəyə başlayacaq.

Trend in verdiyi məlumata görə, heyətin tərkibinə Afina oyunlarının bürünc mükafatçısı İradə Aşumova, Avropa birinciliyinin gümüş medalçısı Nigar Bağırova, həmçinin 10 metrə sıxılmış hava ilə işləyən tapançadan atıcılıq proqramında çıxış edən Ruslan Lunev daxil olub. Yarışın qaydalarına əsasən, ilk üçlüyə çıxan idmançılar Pekinə buraxılış qazanacaq, buna görə də milli snayperçilərimizin hamin yerə yaxşı düşmək şansları var.

Qeyd etmək lazımdır ki, güllə atıcılığı üzrə proqramda olimpiya yığmaları keçən ildən başlayıb, ancaq həmin vaxt Azərbaycan idmançıları Dünya Kuboku mərhələlərində oynanılan 2008-ci il oyunlarına vəsiqə əldə edə bilmədilər.

Xəbər lenti

Xəbər lenti