...

Elmira Axundovanın siyasi detektiv janrında yazılmış "Şüşə saray" kitabının təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 15 Mart 2007 19:09 (UTC +04:00)
Elmira Axundovanın siyasi detektiv janrında yazılmış "Şüşə saray" kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı / " müxbir İ.Əlizadə/ Atatürk Mərkəzində martın 15-də millət vəkili, yazıçı, jurnalist Elmira Axundovanın siyasi detektiv janrında yazılmış "Şüşə saray" kitabının təqdimat mərasimi keçirilib.

Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, müəllif Azərbaycanın müasir tarixinin ədəbiyyatda əks olunması sahəsində çox böyük iş görüb: "Elmira Axundova siyasi detektiv janrında yazır və bu əsərlər tariximizi əks etdirir. Onun əsərləri təkcə ölkəmizdə deyil, xaricdə də oxucu rəğbəti qazanıb."

Hüseynova qeyd edib ki, "Şüşə saray" əsəri 90-cı illərin əvvəllərində baş verən prosesləri əks etdirir. Əsərdə eks-prezident Heydər Əliyevin xilaskar obrazı yaradılıb.

Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov bildirib ki, belə əsərlərin yazılması böyük əhəmiyyət kəsb edir: "Elmira Axundova Azərbaycanın yaxın tarixinin tədqiqatçısıdır və belə əsərlərin böyük əhəmiyyəti var. "Şüşə saray" çox qiymətli əsərdir."

Millət vəkili Fəzail Ağamalı vurğulayıb ki, "Şüşə saray"ın müəllifi 90-cı illərin əvvəllərində baş verən hadisələri tədqiq edərkən və işıqlandırarkən tam obyektiv olub və heç bir siyasi konyukturaya yol verməyib. Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca deyib ki, Elmira Axundova uğurlu yaradıcılığına görə, Rəsul Rza və Nəcəf Nəcəfov mükafatlarına layiq görülüb. Professor Gülxar Əliyeva da Elmira Axundovanın yaradıcılığını yüksək qiymətləndirib: "Düşünən qadın beyni xalqın milli sərfətidir."

Müəllif qeyd edib ki, hazırda "Şüşə saray" əsərinin ikinci cildi üzərində işləyirlər. Baş prokurorun sabiq müavini İsa Nəcəfovla birlikdə yazılan ikinci hissə iyul ayında işıq üzü görəcək.

Xəbər lenti

Xəbər lenti