...

Peşəkar boksçu Əli İsmayılov öz reytinqini yüksəltmək niyyətindədir

Cəmiyyət Materials 16 Mart 2007 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Fevralda Sankt-Peterburq rinqində WBO Latino titulunu qazanan peşəkar boksçu Əli İsmayılov həmkarları arasında reytinqdə ilk onluğa girmək niyyətindədir.

İdmançının Trend ə verdiyi məlumata görə, hazırda o, dünya təsnifatında öz mövqeyini yüksəltməyə çalışır. "Onluğa düşmək heç də asan deyil, əgər mən buna nail olsam, qarşıda yeni perspektivlər gözləyir. Bu zaman güclü dəri əlcək ustaları mənə çağırış göndərə bilərlər. Bu isə, əlbəttə, çox cəlbedicidir.", - deyə İsmayılov bildirib.

Onun sözlərinə görə, hazırda reytinqdə 15-ci yerdədir, ancaq il ərzində Əli yarış cədvəlində əhəmiyyətli dərəcədə qalxa bilər, bu isə ona WBA (World Boxing Organization) titulunu qazanmaq üçün çox vacibdir.

Xəbər lenti

Xəbər lenti