...

Novruz bayramı ilə əlaqədar Bakının İçəri Şəhər və Milli Parkında konsertlər düzənlənəcək

Cəmiyyət Materials 19 Mart 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.İlhamqızı/Novruz bayramı ilə əlaqədar martın 20-də Bakıda İçəri Şəhər - Qoşa Qala Qapılarının qarşısında bayram tədbirləri, axşam isə dənizkənarı Milli Parkda konsert keçiriləcək. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qoşa Qala Qapılarının qarşısında konsert səhər saat 10:00-dan başlanacaq. Həmçinin İçəri Şəhərdə Bakının dörd rayonu - Sabunçu, Əzizbəyov, Qaradağ və Suraxanı rayonları öz bayram tədbirlərini təşkil edəcəklər.

Dənizkənarı Milli Parkda konsert saat 20:00-da başlanacaq, sonra isə havada atəşfəşanlıq olacaq.

Xəbər lenti

Xəbər lenti